ADY biznes-plan üzərində işləyir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-2027-ci illəri əhatə edən biznes-plan üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, bunu səhmdar cəmiyyətin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.
"Ümid edirik ki, biznes-plan bu ilin sonuna qədər təsdiqlənəcək. ADY-nin korporativ inkişaf strategiyası çərçivəsində 36 təşəbbüs var, biznes plan bu təşəbbüslər çərçivəsində hazırlanır",- deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, təşəbbüslər qurumun qısa, orta və uzunmüddətli baxışını əhatə edir:
"Burada dəmir yollarında alternativ enerji mənbələrindən istifadə kimi məsələlər də var".
Qeyd edək ki, oktyabrın 21-25-i tarixlərində Almaniyanın iş adamları Azərbaycanda səfərdə olacaq. Səfərin əsas məqsədi dəmir yolu tikintisi, dəmir yolu texnologiyaları və nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Bu işgüzar missiya Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Almaniyanın Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Səfər çərçivəsində alman sahibkarlar Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar, habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərlə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












