ADY: "Konteyner blok qatarının işə düşməsi ilə platformaların dövriyyə müddəti 57 % azalıb"

“Azərbaycan Dəmir Yolları” QSC konteynerli və konteynersiz yüklər üçün tranzit məhsulunun inkişafına dair tələbləri nəzərə alaraq yeni model formalaşdırıb.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”nın Strateji və korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov deyib.
O bildirib ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanmış, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılıb.
ADY-nin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev bildirib ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkəti ilə bağlı gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapıb: “Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57 % azalıb. Yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25 % azalaraq 3 günə çatıb. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir”.
Xatırladaq ki, Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə 2021-ci ilin fevral ayında yola salınıb. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












