ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 8 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı həmin tarixlərdə saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək.
Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir sürətli qatarlar qarşıdakı qeyri-iş günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə 26 və 27 iyun tarixlərində 4 əlavə reys təyin edilib. Bu marşrut üzrə qatarlar həmin günlərdə hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə hərəkət edir, o cümlədən 27 və 28 iyun tarixlərində eyni qaydada fəaliyyət göstərəcək.
Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılıb. Belə ki, 25 iyunda Bakıdan, 26 iyunda isə Balakəndən hərəkətə başlayacaq qatara əlavə 6 vaqon qoşulub. Ümumilikdə bu marşrut üzrə qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edir. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
26, 27 və 28 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək. 29 iyunda isə qatarlar bazar günü qrafiki ilə hərəkət edəcək.
Həmçinin ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO












