ADY sədri Astara Terminalında aparılan tikinti işləri ilə tanış oldu - FOTOLAR

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İrana səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib.
Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.
Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.
Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Məlumat üçüb qeyd olunub ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.








Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI












