ADY sədrinin müavini Vyanada tədbirdə iştirak edib - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Regional Dəmir Yolu Seminarında iştirak edib.
Avtosfer.az xəbər verir ki, seminar çərçivəsində baş tutmuş “Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar” adlı sessiyada çıxış edən Arif Ağayev Azərbaycanın regional bağlantılardakı mövqeyi, Orta Dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi mənzərə fonunda ADY-nin strateji baxışı barədə məlumat verib.
ADY sədrinin müavini Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı kimi rolunun gücləndiyini bildirib, dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmənin vacib olduğunu, müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlığın genişləndiyini, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyasının sürətləndiyini deyib.
Qeyd olunub ki, ADY son illərdə Orta Dəhlizin Azərbaycandan keçən hissəsində tranzit ötürücülüyünün yüksəldilməsi üçün əsaslı işlər görüb, xüsusilə rəqəmsal həllərin tətbiqi sayəsində tranzit müddətləri azalıb. Nəticədə Şərq-Qərb istiqamətində 2025-ci ildə 392 blok-qatarın qəbulu ilə 2024-cü ilin müvafiq göstəricisi 37% üstələnib. Eyni zamanda, 2025-ci ildə Bakı Limanında konteyner dövriyyəsi rekord vuraraq 100 min TEU-nu keçib.
Bununla yanaşı, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.


Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












