Aeroportda yüzlərlə uçuş təxirə salındı

Ukraynanın dron hücumu səbəbindən Moskva hava limanlarında 400-dən çox uçuş təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, ötən gecədən intensivləşən dron hücumları Rusiya paytaxtının hava limanlarının fəaliyyətini iflic edib.
Bildirilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Moskvaya edilən ən böyük dron hücumu fonunda paytaxtın hava qovşağındakı hava limanlarında bəzi uçuşların vaxtı dəyişdirilib və uçuşlar ləğv edilib.
Vnukovo Hava Limanında günün əvvəlindən bəri 11 uçuş ləğv edilib, 129 uçuş təxirə salınıb. Şeremetyevo Hava Limanında 247, Domodedovo Hava Limanında 27 uçuş təxirə salınıb və bir uçuş ləğv edilib. Jukovski Hava Limanında isə iki uçuş ləğv edilib, yeddi uçuş təxirə salınıb.
Qeyd edək ki, müharibə başlayandan bəri Moskva regionu ən böyük dron hücumuna məruz qalıb. 22 saylı İstilik Elektrik Stansiyası və Kapotnyadakı neft emalı zavodu hədəf alınıb. Moskva vilayətində dron yaşayış binalarına düşüb, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Moskvadan 20 km məsafədə “Flamingo” raketinin qalıqları aşkar edilib. (olke.az)
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO












