Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır

Gürcüstanın paytaxtı Tbilisidə bələdiyyə uşaq bağçalarında çoxsaylı uşağın xəstələnməsinə yüksək ehtimalla norovirusun səbəb olduğu müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi (NCDC) məlumat yayıb.
Mərkəzin bildirdiyinə görə, aparılan laborator müayinələrin nəticələri xəstəlik hallarının əksəriyyətinin norovirusla əlaqəli olduğunu göstərir. Bununla belə, araşdırmalar hələ davam edir və yekun nəticələrin daha sonra açıqlanacağı bildirilib.
Norovirus virus mənşəli qastroenteritin əsas səbəblərindən biridir. İnfeksiya adətən qusma, qarın ağrısı, ishal, bəzi hallarda isə hərarətlə müşayiət olunur. Xəstəlik əksər hallarda 1-3 gün ərzində keçir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas risk isə güclü qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır. NCDC-nin məlumatına görə, norovirus Gürcüstanda virus mənşəli qastroenterit hallarının təxminən 40-45 faizini təşkil edir.
Hazırda xəstələnən uşaqların vəziyyəti əlverişli qiymətləndirilir. Ciddi və ya həyati təhlükəli ağırlaşmalar qeydə alınmayıb. Uşaqların böyük hissəsinin artıq sağalma mərhələsində olduğu bildirilir.
Kütləvi xəstələnmə halları sentyabrın 17-18-də, Tbilisidə uşaq bağçalarının yeni mövsüm üzrə fəaliyyətə başlamasından qısa müddət sonra qeydə alınıb.
Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladzenin daha əvvəl verdiyi məlumata görə, 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Norovirusla bağlı xəstəlik halları eyni vaxtda Tbilisinin 20 uşaq bağçasında qeydə alınıb. Onlardan 7-si karantin məqsədilə bağlanıb.
Gürcüstanda baş verən bu kütləvi xəstələnmə halları fonunda valideynlərə uşaqlarda qusma və ishal kimi simptomlar müşahidə edildikdə maye itkisinə xüsusi diqqət yetirmələri tövsiyə olunur. (modern.az)
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












