Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA

Yeni tədris ilinin başlanması və 15 sentyabr ilk dərs günü ilə əlaqədar vətəndaşları ən çox narahat edən məsələ ictimai nəqliyyatın fəaliyyəti ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, metronun qırmızı və yaşıl xətlərinin ayrılması səbəbilə onsuz da ictimai nəqliyyat sahəsində yaşanan problemlər Bakı sakinlərində müəyyən suallar yaradıb.
Mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni tədris mövsümünün başlanması ilə əlaqədar hansı tədbirlərin görüləcəyi barədə açıqlama yayıb. Qurumdan bildirilib ki, Bakının ictimai nəqliyyatında tarixi rekorda imza atılacaq. Belə ki, sabahdan 2530 avtobus xəttə buraxılacaq və bu 42% artımn deməkdir.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir. Nəticədə sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-ə çatdırılır.
Bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.
Bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.
Avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.
Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək.
Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir”.

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev isə bildirib ki, yeni dərs ilinin başlanması ictimai nəqliyyatda həm də yeni mövsümün başlanması deməkdir.
“Bununla bağlı olaraq, tərəfimizdən maksimum sayda nəqliyyat vasitəsi 15 sentyabr tarixindən xətlərə buraxılacaq. Sərnişin tələbatının daha çox olduğu istiqamətlərdə, universitetlər istiqamətində bu artım daha çoxdur. Qarşıdakı günlərdə aparılacaq monitorinqlərin nəticəsinə uyğun olaraq avtobusların saylarında da bəzi dəyişikliklərin edilməsi mümkündür.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, yeni tədris mövsümünün başlanması ilə ilə qədər Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
“Sentyabrın 15-dən etibarən qırmızı və bənövşəyi xətlərdə qatarların hərəkət intervalı azaldılacaq. Bildiyiniz kimi, metropolitendə xətlərin ayrılması layihəsinə başlanılıb. Bu səbəbdən qırmızı və yaşıl xətlər faktiki olaraq fiziki cəhətdən bir-birindən ayrılıb. Ona görə də qırmızı xətt üzrə qatarlarımız “İçərişəhər”-“Əhmədli” stansiyaları üzrə hərəkət edir. Buna qədər xətlərin müstəqil fəaliyyət sahəsində intervalın 3 dəqiqə 30 saniyədən aşağı salınması qeyri-mümkün idi. Ancaq xətlərin ayrılmasına başlandıqdan sonra qırmızı xətt üzrə 2 dəqiqə 30 saniyə intervalı tətbiq etmək mümkün oldu. Aparılmış monitorinqlər və eyni zamanda ən əsası Bakı metropoliteninin qırmızı xəttində texniki optimallaşdırma nəticəsində “İçərişəhər”-“Əhmədli” istiqamətində qatarların hərəkəti sentyabr ayının 15-dən, səhər, günorta və axşam gur saatlarda 2 dəqiqəlik intervalla tənzimlənəcək. Yaşıl xətlə 3 dəqiqə 30 saniyə interval saxlanılacaq. Lakin aparılmış texniki optimallaşdırma tədbirləri yekunlaşıb, sənişin zərurəti yaranarsa, həmin xətlə də intervalların 3 dəqiqə endirilməsi hər hansısa bir problem törətməyəcək.
Bənöşəyi xətt üzrə də intervallar azaldılıb. Bənöşəyi xəttin “Avtovağzal”-“8 Noyabr” stansiyaları arasında intervallar 5 dəqiqəyə endirilib, “Xocasən”-“Avtovağzal” istiqamətində isə qatarların hərəkəti 10 dəqiqəlik intervalla tənzimlənəcək”.
Səfər
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO











