Ağcabədidə polis əməliyyat keçirib, 20 nəfər saxlanılıb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər tutulub. Onlardan ümumilikdə 1 kiloqrama yaxın müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.
Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edərək zərərçəkmiş şəxslərə 5000 manat civarında ziyan vurduqları müəyyən edilib.
Bundan başqa, keçirilən tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 1 nəfər də müəyyən edilib və ondan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA













