Ağdam, Füzuli və Xocavənd rayonlarının ümumi ərazisinin 30 faizi minalardan təmizlənib

Ağdam, Füzuli və Xocavənd rayonlarının ümumi ərazisinin 30 faizi minalardan təmizlənib.
Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı səsləndirib.
Minalardan təmizlənmə işləri barədə məlumat verən E.Hüseynov qeyd edib ki, Ağdam şəhəri faktiki olaraq minalardan təmizlənsə də, rayonun böyük bir hissəsi təmas xəttinə düşdüyü üçün çox çirklənib, amma yenə də təmizləmə işi aparılır.
Onun sözlərinə görə, Ağdam rayonu ərazisinin 54,24 faizi, Füzulinin 67,76 faizi, Xocavənd rayonunun isə 57 faizi minalardan təmizlənmiş hesab olunur. Ümumilikdə, sözügedən rayonlar üzrə bütün ərazinin 30 faizi artıq minalardan təmizlənmiş hesab olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












