Ağdam və Kəlbəcər telekommunikasiya xidmətləri ilə təmin edildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.
Avtosfer.az xəəbr verir ki, fəaliyyətin davamı olaraq Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedən rayonlarda müasir avadanlıqlar quraşdırılıb.
Nəticə etibarilə Ağdam rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 ev təsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 ev təsərrüfatı və 22 biznes subyektini əhatə edib.
Beləliklə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdam şöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə (ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

.jpeg)

.jpeg)
.jpeg)

Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












