Ağdaşda narkotik və oğurluq hadisələrinə görə 5 nəfər tutulub - FOTO - VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində fərdi yaşayış evindən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq etdiyi üçün elektron qolbaqla təchiz olunan Səddam Mahmudov saxlanılıb, onunla əlbir olan digərinin isə şəxsiyyəti müəyyən edilib.
Oğurladığı qızıllar S.Mahmudovdan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı isə daha 4 nəfər - Namiq Əzizov, Qəzənfər Əhmədov, Tural Muradov və Rahim Musayev saxlanılıb.
Onlardan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA













