Akif Həsənov: "Oğluma 100 minlik saat, yarım milyon manatlıq rəsmlər almışdım"

"Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub.
Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.
Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyon manatlıq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib:
"Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan "Breguet" və "Audemars Piguet" markalı dəri kəmərli saatlar yoxa çıxdı.
Həmin saatlar sadəcə qiymətinə görə deyil, yubileydə bağışlandığı üçün xatirə kimi mənə çox dəyərli idi. Oğluma 25 illik yubileyinə "Audemars Piguet" markalı (qiyməti 100 min manata yaxın - red.) bahalı saat hədiyyə etmişdim. Həmin saatlar artıq istehsaldan çıxarılıb, tapılmır. Ötən ilin yanvarında oğlum Bakıya gəlmişdi. Bir gün oğlum saatının evdə itdiyini dedi. Amma bu barədə polisə xəbər vermədik. Bir müddət sonra da evdə yanğın baş verdi. Yanğın söndürüləndən sonra isə evdəki qızıl-zinət əşyaları və pulun oğurlandığının şahidi olduq. Sonra məlum oldu ki, ev qəsdən yandırılıb. Hər tərəfə benzin səpilibmiş. Sonda bütün olanların arxasından bağban çıxdı".
Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyon manata yaxındır: "Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyon manata yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım".
Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











