Alman şirkəti Azərbaycanda dəmiryol layihəsində iştirak etmək istəyir

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) QSC-də Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüş keçirilib.
Bu barədə Avtosfer.az-a ADY-dən bildirilib.
Məlumata görə, qurumun sədri Cavid Qurbanov qonağa son dövrlər dəmir yollarında aparılan islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu, inkişaf strategiyası, beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları, iştirakçı ölkələrlə bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu dəhliz həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq və iqtisadi əlaqələri genişləndirəcək.
Cəmiyyətin sədri bildirib ki, dəmir yollarında kontakt şəbəkəsinin yenilənməsi, rabitə-işarəvermə sisteminin, enerji təsərrüfatının layihələndirilməsi, yenidən qurulması işlərinin satın alınması məqsədi ilə tender prosesi davam etdirilir. Tenderdə Almaniya şirkətinin də iştirak etdiyi vurğulanıb.
Məlumat verilib ki, ADY Almaniya, İsveçrə, Avstriya kimi ölkələrin beynəlxalq nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir.
V.Maniq isə “Alman Dəmir Yolu” SC-nin yaranma tarixi, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, ikitərəfli əlaqələrin genişləndirilməsində, alman şirkətlərinin Azərbaycanda dəmir yolu sahəsində gerçəkləşdiriləcək layihələrə investisiya yatırımında maraqlı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və mümkün istiqamətləri müzakirə olunub.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












