Almaniya 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarıb

Almaniyada miqrasiya idarələrinə saxta sənəd təqdim edərək sığınacaq üçün müraciət edən 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumatda bildirilir ki, 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.
Əldə etdiyimiz məlumata görə, həmin şəxslərin sığınacaq statusu ala bilməmələrinə səbəb Almaniya miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxıb. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.
Deportasiya ediləcək Azərbaycan vətəndaşları hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya və Bavariya əyalətində yaşayırlar.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, bu ilin noyabr ayında ümumilikdə 3 510 nəfərin qaçqın statusu üçün müraciəti federal idarənin yerli şöbələri tərəfindən rədd edilib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












