"Almaniya Azərbaycanın siyasi tərəfdaşlarından biridir" - Deputat

“Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Ölkələrimiz arasında ali səviyyəli dialoq mövcuddur”.
Bunu Avtosfer.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Almaniya Prezidenti Frank Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlət başçıları həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər.
Millət vəkilinin sözlərinə görə, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Prezidentlərin görüşündə Cənubi Qafqazdakı vəziyyət haqqında da müzakirələr aparılıb, sülh sazişi üzrə mətnin razılaşdırıldığı bildirilib. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev regionda mövcud vəziyyət barədə fikirlərini bildirib. “Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”,-deyən dövlətimizin başçısı bəyan edib ki, Ermənistan həqiqətən sülh müqaviləsini imzalanmasını istəyirsə, Azərbaycanın iki legitim şərtini yerinə yetirməlidir. Bu şərtlər isə Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Almaniya Prezidenti də ölkəsinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etdi. Ermənistan tərəfi bütün bunlardan nəticə çıxarmalı, prosesi uzatmamalıdır. Rəsmi İrəvan anlamalıdır ki, havadarlarına ümid etməməlidir, çünki heç bir nəticə əldə edə bilməyəcək. Regionda söz sahibi Azərbaycandır və ölkəmizin haqlı tələbləri yerinə yetirilməlidir.
İqtisadi əlaqələrə gəldikdə, Samir Vəliyev qeyd edib ki, Azərbaycanla Almaniya arasında bu sahədə əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Təsadüfi deyil ki, bu ilin yanvar-fevral aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb.
“Beləliklə, Almaniya Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Almaniya tərəfdaşlığının inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq”,-deyə deputat vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












