Almaniyaya TIR-ın yük yerində keçən azərbaycanlılar saxlanılıblar

Almaniyaya qanunsuz yolla daxil olan azərbaycanlılar saxlanılıblar.
Avtosfer.az-ın məlumatına görə, 29 və 36 yaşlı azərbaycanlı qadın və həyat yoldaşı Türkiyə şirkətlərindən birinə aid TIR-ın yük yerində Çexiyadan Almaniyaya keçərkən federal Almaniya polisi tərəfindən yoxlama zamanı saxlanılıblar.
TIR-ın yük yerində azərbaycanlılardan başqa iki Əfqanıstan və bir Suriya vətəndaşı da olub. Kimlik yoxlaması azərbaycanlıların üzərindən Türkiyə Cumhuriyyətinə aid şəxsiyyət vəsiqəsi və pasport çıxıb.
Saxlanılan şəxslər əraziyə gələn miqrasiya idarəsinin əməkdaşlarına təhvil veriliblər. Onların Almaniyaya qanunsuz giriş səbəbləri öyrənildikdən sonra idarə məhkəməsinin müvafiq qərarı ilə ölkədən deportasiya edilmələri gözlənilir.
Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar ayından indiyə kimi təkcə sərhəd yoxlamaları zamanı Almaniyaya qanunsuz yollarla girməyə çalışan üç minə yaxın əcnəbi saxlanılıb. Onların əksəriyyəti sürətli deportasiya proseduru ilə ölkələrinə qaytarılıblar.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












