AMEA dronlarla bağlı toplantı keçirdi

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin “Dron texnologiyası: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.
Akademiyadan Avtosfer.az-a bildirilib ki, məruzəni təqdim edən şöbənin əməkdaşı, baş mütəxəssis Oqtay Ələkbərov dronların yaranma tarixi, növləri, xarakteristikası və tətbiq sahələri barədə ətraflı məlumat verib.
Bildirib ki, ilk dəfə dronlar ABŞ hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə istifadə olunub: "ABŞ-ın Texas, Nevada, Dakota ştatlarının bəzi şəhərlərində dronlar 24 saat patrul xidməti aparır. Bu dronlar xüsusi baza ilə təmin olunub. Belə ki, axtarışda olan cinayətkarlar haqqında məlumatlar dronların bazalarına yerləşdirilir. Xüsusi sensor və kameralar vasitəsilə şəxslərin simalarının identifikasiyası aparılır. Dronlar tipinə görə 2 sinfə bölünür: təyyarə tipli dronlar düz qanada, vertolyot tipli dronlar isə pərlərə malikdir. Hərbi və mülki təyinatlı dronlar nano, mikro, mini, midi və ağır çəkili olaraq xarakterizə edilir”.
Dronların tətbiq sahələrindən söz açan O.Ələkbərov onlardan hüquq-mühafizə orqanlarında, tibb, logistika, kənd təsərrüfatı, tikinti, xilasetmə işləri və s. kimi bir çox sferalarda müxtəlif məqsədlər üçün istifadə olunduğunu qeyd edib.
Məruzəçinin sözlərinə görə, dronlar günümüzdə tibbin müxtəlif sahələrində, əsasən, ilkin tibbi yardımda, həmçinin koronavirus xəstələrinin təyin olunmasında geniş istifadə olunur: "Bir çox ölkələrdə hadisə yerinə qan ehtiyatının çatdırılması məqsədilə də tətbiq edilir. Hazırda dünyanı bürüyən COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün ABŞ, Çin, Almaniya, Avstraliya və Yaponiya kimi inkişaf etmiş ölkələr məhz dronlardan istifadə edirlər".
O, həmçinin hərb sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən dronların modelləri, funksiyaları və s. haqqında məlumatı nəzərə çatdırıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, dronlarla bağlı elmi tədqiqatların dərinləşdirilməsinə dair təkliflər səsləndirilib.
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ










