Apple Google-u blokladı

iOS-un 14.5 versiyası ilə daha bir vacib xüsusiyyətin gələcəyi aşkarlanıb. Şirkət yeni versiyada gizliliyə xüsusilə əhəmiyyət verəcək. Bu xüsusiyyət ilə Google istifadəçilərin IP ünvanına daxil ola bilməyəcək.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, əvvəl iOS və iPadOS-dakı Safari-də ziyarət edilən saytın parol və ya kredit kartı nömrələrini oğurlaya biləcək şübhəli veb-sayt olduqda xəbərdar edən "Saxta Veb Xəbərdarlığı" adlı xüsusiyyəti vardı. Bu xüsusiyyətin işləməsi üçün Apple Safari-yə veb-saytın saxta olub-olmadığını yoxlamaq məqsədilə məlumatları Google Safe-ə göndərmək üçün icazə verirdi. Google hansı sayta girməyə çalışdığınızı bilməsə də, bu müddət ərzində IP adresləri toplaya bilər. Amma iOS 14.5-dən etibarən bu mümkün olmayacaq. Çünki Safari data sızma riskini məhdudlaşdırmaq üçün xidmətini Apple serverləri vasitəsi ilə təqdim edəcək.
Qeyd edək ki, Apple iOS 14.5 ilə iPhone və iPad istifadəçilərinə xeyli mühüm yeniləmələr təqdim edəcək. Sözügedən funksiyalar hazırda beta mərhələsindədir və tezliklə istifadəçilərin ixtiyarına veriləcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












