“Apple” və “TSMC” birlikdə “ağıllı” eynək hazırlayacaq

"TSMC" şirkəti əlavə reallıq qarniturunun hazırlanmasında "Apple" korporasiyasının tərəfdaşı qismində çıxış edəcək. Bu barədə "Nikkei" agentliyinin məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası uzun müddətdir tərəfdaşlıq etdiyi "TSMC" ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Tayvan şirkəti "iPhone" smartfonları üçün yeganə prosessor tədarükçüsüdür. Tərəflər özündə "ağıllı" eynək funksiyalarını birləşdirəcək əlavə reallıq qarniturunun yaradılması ilə məşğul olacaqlar.
Məlumata görə, tərəfdaşlar "micro-OLED" tipli ekranlar hazırlamaq niyyətindədir. Bu ekranlar klassik "IPS" və ya "OLED" panelləri kimi şüşə altlıqda deyil, xüsusi lövhədə yerləşir. Yeni texnologiya qarnitur üçün optimal - nazik və enerjiyə qənaətcil displey kəşf etməyə kömək edəcək.
Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, "Apple" və "TSMC" mütəxəssisləri tərəfindən hazırlanan "micro-OLED" ekranlarının ölçüsü təxminən 1 düym təşkil edir. Blogerlər qeyd edib ki, iki şirkətin birgə layihəsi ilkin mərhələdədir. Ekspertlərin proqnozuna görə, "ağıllı" eynək yaxın bir neçə ildə satışa çıxarıla bilər.
Agentliyin bildirdiyinə görə, "Apple" və "TSMC" layihəsi üzərində iş məxfi laboratoriyada aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












