Apreldə meteor yağışı olacaq

Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək. Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olacaq. Bu zaman saatda 18-20 meteorun müşahidə ediləcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, Lirid meteor seli bəzən saatda 100 meteor müşahidə edilə bilər – bu cür aktivlik 1803, 1922, 1945, 1982 və 1985-ci illərdə qeydə alınıb.
Bakıda meteor seli qeyd edilən günlərdə hər axşam saat 20:18-dən sonra müşahidə edilə bilər. Meteor yağışının radiantı (mənbəyi) ən yüksək nöqtəsinə sübh açıldıqdan sonra – təxminən 05:00-da çatacaq. Buna görə də ən yaxşı müşahidə şəraiti sübhə yaxın saatlarda yaranacaq. Yerin fırlanması səbəbindən həmin vaxt Bakı gələn meteorların hərəkəti istiqamətində olacaq, bu da maksimum sayda meteor müşahidə etməyə imkan verəcək. Bakıda radiant nöqtəsi maksimum 83° yüksəklikdə olacaq. Bu zaman saatda təxminən 17 meteor müşahidə edilə bilər.
Lirid meteor seli C/1861 G1 (Tetçer) adlı uzunperiodlu kometlə əlaqəlidir. Bu komet 5 aprel 1861-ci ildə həvəskar-astronom A. E. Tetçer tərəfindən kəşf edilib. Komet hər 415 ildən bir Günəş ətrafında dövr edir və hərəkəti zamanı toz və qaz hissəcikləri buraxır. Yer hər il aprel ayında bu qalıq axınından keçdiyi üçün Lirid meteor yağışı müşahidə edilir. Bu hissəciklər Yer atmosferində yanaraq, göydə qaçan işıqlı parıltılar əmələ gətirir.
Liridlər ən qədim meteor yağışlarından biridir. Bu yağışı təxminən 2700 ildir ki, müşahidə edirlər. Onun ilk müşahidəsini eramızdan əvvəl 687-ci ildə çinli astronomlar aparıblar.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












