Arvadının mirasdan məhrum etdiyi kişi bütün ailəsini qətlə yetirdi - FOTO

Rusiyanın Krasnodar şəhərində iş qadınının mirasdan məhrum etdiyi əri demək olar ki, bütün ailəni qətlə yetirib.
Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, 63 yaşlı Sergey Xudakov (birinci fotodakı) arvadının ona miras qoymadığını eşidəndə qəzəblənib. Söhbət iki mağazadan, bir neçə maşından, evlərdən və bank hesabından gedir. Qadın bütün mirasını əvvəlki həyat yoldaşından olan oğlanlarına qoyduğunu bəyan edib. Bunu eşidən kişi əvvəlcə arvadı Svetlananın boğazını kəsib. Sonra növbə digər varislərə çatıb.
Xudyakov avtomobilinə minərək kiçik oğlunun yanına gedib, söhbətə çağırıb, sonra isə ona ov tüfəngindən atəş açıb. Kişi canını qurtara bilsə də, onun arvadı yaralanıb. Qadın hazırda xəstəxanadadır.
Bundan sonra Xudyakov böyük oğulluğu Dmitri Lukyanenkonun (ikinci fotodakı) yanına gedib. Bu dəfə o, otağa girib, bıçağı birbaşa onun boğazına sancıb.
Kiçik oğulluğunu öldürməyə isə o, imkan tapmayıb. Polis onu yaxalayıb.
İki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən hadisə cəmi 40 dəqiqə ərzində baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Bildirilir ki, cinayətləri törədərkən kişi ayıq vəziyyətdə olub.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












