ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) ölkəmizdə səfərdə olan Çinin “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
QSC-dən Avtosfer.az-a bildirilib ki, həm “AZCON Holding”, həm ASCO nümayəndələrinin iştirak etdiyi görüşdə multimodal daşımalar, liman və logistika mərkəzlərinin inkişafı, birgə investisiya və əməliyyat layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə tərəflər əməkdaşlıq istiqamətlərinin daha dərindən araşdırılması, qarşılıqlı maraq doğuran sahələr üzrə danışıqların davam etdirilməsi və məqsədyönlü addımların atılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Çindən olan nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən logistika və nəqliyyat müəssisələri ilə tanışlıq, investisiya imkanlarının öyrənilməsi, beynəlxalq idxal-ixrac ticarəti sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












