Aviaşirkətlər hava limanını məhkəməyə verə bilər

“British Airways” və “Virgin Atlantic” kimi 90-dan çox aviaşirkəti təmsil edən qurum martın 21-də Londonun Hitrou hava limanının bir günlük bağlanması nəticəsində yaranan zərərlə bağlı razılıq əldə olunmasa, aeroportu məhkəməyə verə biləcəklərini bildirib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Hitrou Hava Yolları Operatorları Komitəsinin icraçı direktoru Naycel Vikinq məsələnin danışıqlar yolu ilə həllinə ümid edir:
“Əgər çəkilən xərclərlə bağlı yetərincə kompensasiya və geri ödəniş əldə etməsək, bu, hüquqi addım atmaq üçün əsas ola bilər”, – deyə o, bildirib.
Xatırladaq ki, martın 21-də səhər saatlarında Avropanın ən böyük hava limanı olan Hitrou yaxınlığında yerləşən elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində enerji təchizatında ciddi fasilə yaranıb. Bu səbəbdən hava limanının fəaliyyəti tamamilə dayandırılıb. Təyyarələrin uçuşuna və enişinə icazə verilməyib. Təxminən 1300 reys ləğv olunub və 250 min sərnişin bu vəziyyətdən təsirlənib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












