Aviasiya fəaliyyətinə qanunsuz müdaxilə ilə bağlı TƏKLİF

"Müasir şəraitdə aviasiya təhlükəsizliyinin təmin edilməsinin hava nəqliyyatı sahəsində əsas prioritet məsələ kimi müəyyən olunması heç bir şübhə doğurmur. İstər milli qanunvericilik, istərsə də beynəlxalq hüquq aktları bu yanaşmanı birmənalı olaraq imperativ öhdəlik kimi təsbit edir. Azərbaycan Respublikasında mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsinin ölkənin milli təhlükəsizlik sisteminin vacib elementi olması Prezident İlham Əliyevin 17 avqust 2020-ci il tarixli fərmanı ilə Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının təsdiq olunmasında özünü əyani formada büruzə verib".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Nizami Səfərov deyib.
O bildirib ki, "Aviasiya haqqında" qanunun 1.1.11-ci maddəsində aviasiya təhlükəsizliyi insanlardan və maddi resurslardan istifadə etməklə, aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üzrə tədbirlər kompleksi olaraq müəyyənləşdirilib:
"Ancaq aviasiya fəaliyyətinə qanunsuz müdaxilənin nədən ibarət olması qanunda öz əksini tapmayıb. Burada mühüm hüquqi məqam ondan ibarətdir ki, Azərbaycan Kanadanın Monreal şəhərində 23 sentyabr 1971-ci ildə qəbul edilən "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönələn qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya"ya 9 noyabr 1999-cu ildə qoşulub və bu sənəddə müvafiq hərəkətlər dairəsi dəqiq göstərilib. Qeyd edilənləri nəzərə alaraq, aviasiya fəaliyyətinə qanunsuz müdaxilə anlayışını qanunun birinci maddəsinə daxil edərək, müvafiq definisiyada aviasiyanın təhlükəsiz fəaliyyətinin əleyhinə yönələn, bədbəxt hadisələrə, maddi ziyanın vurulmasına, hava gəmisinin tutulmasına və ya qaçırılmasına, qəzaya uğramasına səbəb olan, yaxud bu cür nəticələrin baş verməsi üçün real təhlükə yaradan qanunsuz hərəkətlər və ya hərəkətsizlik kimi əks oluna bilər".
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












