Avropa – Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunub

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) sədrliyi ilə SOCEA təşkilatının (Avropa və Asiya Hava Hərəkəti Xidməti Təminatçıları Təşkilatı) hava hərəkətinin koordinasiyasının gücləndirilməsinə həsr olunan yüksəksəviyyəli müşavirəsi Budapeşt şəhərində keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə “Uzaeronavigatsia”, “Kyrgyzaeronavigatsia”, “Kazaeronavigatsia”, Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) və “HungaroControl” kimi aeronaviqasiya xidmət təminatçılarının rəhbərləri iştirak ediblər. İştirakçılar regionlararası əməkdaşlığın inkişafı, idarəetmə yanaşmalarının təkmilləşdirilməsi və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiya məsələlərini müzakirə ediblər.
İclas çərçivəsində regional və qlobal proseslərin hava hərəkətinə təsiri, həmçinin bu şəraitdə əməliyyat davamlılığının təmin edilməsi üzrə yanaşmalar nəzərdən keçirilib, hava daşımalarının təhlükəsiz və dayanıqlı təşkili ilə bağlı qərarlar qəbul olunub. Eyni zamanda hava hərəkətinin idarə olunması, məlumat mübadiləsinin təşkili və qurumlararası qarşılıqlı fəaliyyət mexanizmləri müzakirə edilib.
Tədbir Avropa – Asiya istiqamətində artan hava hərəkətinin koordinasiyalı şəkildə idarə olunmasına, eləcə də regionlararası uçuşların təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə töhfə verir.
Qeyd edək ki, 11 sentyabr 2025-ci il tarixində Almatı şəhərində keçirilmiş SOCEA Baş Assambleyasında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru təşkilatın prezidenti seçilib və sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb.
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












