Avropada avtomobil satışları xeyli azalıb

Avropa İttifaqı (Aİ) ölkələrində yanvar ayında yeni minik avtomobillərinin satış həcmi ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz azalaraq 726,5 ədəd təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqlamasında bildirilir.
“2021-ci ilin yanvar ayında Aİ-də COVID ilə bağlı məhdudiyyətlər satışlara ciddi təsirini davam etdiyi üçün yeni avtomobillər bazarında azalma daha da sürətlənib”, - məlumatda deyilir.
Bütövlükdə Aİ-nin 27 üzv ölkəsindən İspaniyada yeni avtomobillərin satışı 51,5 faiz, Almaniyada 31,1 faiz, İtaliyada isə 14 faiz azalıb. Ən kiçik azalma (5,8 faiz) Fransada qeydə alınıb.
O cümlədən “Volkswagen Group” istehsalı olan yeni avtomobillərin satışı yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 26,8 faiz, “Stellantis” (keçmiş “Fiat” və PSA) 26,1 faiz, “Renault” qrupu da 21,6 faiz azalıb.
Bu ayın əvvəlində ACEA tərəfindən açıqlanmış proqnoza əsasən, pandemiyanın səbəb olduğu böhran sovuşanda Aİ-də yeni avtomobil satışları bərpa olmaqla bu ilin yekununa görə 10 faiz artım göstərəcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












