Avtomobildən 32 kiloqramdan artıq narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 32 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Ocaqlı kəndində keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib. Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı arxa oturacağın üzərindəki ağ rəngli kisədən içərisindən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 25 kiloqram 285 qram narkotik vasitə heroin, 6 kiloqram 920 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












