Avtomobillərin utilizasiyası: “Köhnə maşının ümidinə qalanlar faydalanmalıdırlar”

“Gələcəkdə utilizasiya prosesi başlayacaqsa, həqiqətən ehtiyacı olanlara sərfəli kredit şərti ilə maşın təklif etmək olar”
“Yaxud da imkan vermək olar ki, köhnə maşını olan adam gömrük rüsumu alınmadan və digər vergilər olmadan özünə başqa ölkədən maşın gətirə bilsin”
İqtisadiyyat Nazirliyi tərəfindən ölkəmizdə köhnə avtomobillərin utilizasiyasına dair layihə hazırlanıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev bildirib. Onun sözlərinə görə, hazırda qeyd olunan proqram müvafiq dövlət orqanları tərəfindən baxılır: “Artıq İqtisadiyyat Nazirliyi tərəfindən utilizasiya proqramının layihəsi hazırdır, sadəcə dövlət orqanlarında baxılmaqdadır”.
“Avtosfer.az”saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı utilizasiya prosesi ilə bağlı təkliflərini “Sherg.az”la bölüşüb. Ekspertin sözlərinə görə, elə etmək lazımdır, həqiqətən köhnə avtomobili olan və onun ümidinə qalanlar bu layihdən yararlansınlar:
“Kimsə köhnə maşın alıb, gözləyəcəksə ki, dövlət utilizasiya prosesi başlayanda ona yardım etsin. Bu, düzgün yanaşma deyil. Məsələyə ciddi nəzarət edilməlidir. Əsas odur ki, vətəndaşlar narazı qalmasınlar.
Məsələn, elə adam var ki, özünün bahalı maşını ola-ola köhnə maşın alıb mal-heyvan dərisi, dəmir qırıntıları satır. Yəni imkanı olduğu üçün saz maşın ala bilər.
Amma elə adamlar var ki, köhnə maşından başqa heç nəyi yoxdur, bəlkə də, ulu babasından qalan maşının ümidinə qalıb, onunla dolanır, taksi işləyir, yük daşıyır. Belə şəxslər utilizasiya prosesindən faydalanmalıdır”.
E.Muradlı təklfi edib ki, gələcəkdə utilizasiya prosesi başlayacaqsa, həqiqətən ehtiyacı olanlara sərfəli kredit şərti ilə maşın təklif etmək olar:
“Yaxud da imkan vermək olar ki, köhnə maşını olan adam gömrük rüsumu alınmadan və digər vergilər olmadan özünə başqa ölkədən maşın gətirə bilsin.
Bu gün Azərbaycanda gömrük və vergi rüsumu bəzi təbəqədən olan insanlar üçün iki maşının qiyməti deməkdir.
Məsələn, Gürcüstanda 3-4 min manata normal maşın almaq olar. Lakin həmin maşın ölkəmizə 10 min manata gəlib çıxır. Ona görə də müəyyən güzəştlər yaradılmalıdır ki, köhnə maşın sahibləri yeni və ya saz vəziyyətdə olan ikinci əl maşını sərfəli şəkildə əldə etsinlər”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












