“Avtovağzal” stansiyasından “8 Noyabr” a getmək mümkün olacaq? - AÇIQLAMA - FOTO

Ötən gün sosial şəbəkələrdə metronun “8 Noyabr” stansiyasının qrafik üzrə metropoliten daxilində lövhəyə vurulduğunu əks etdirən foto yayılıb. Həmin fotoda “8 Noyabr” stansiyası bənövşəyi xətdə yerləşən “Avtovağzal” stansiyasından sonra qoyulub.
Sosial şəbəkə istifadəçiləri isə bunun yanlış şəkildə yerləşdirildiyini qeyd ediblər.
Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən fotoda “8 Noyabr” stansiyasının adı şərti olaraq dizaynın təyin olunması üçün yerləşdirilib:
“Bəzi texniki məsələləri düzəltmək məqsədilə yoxlama üçün lövhəyə yapışdırılıb. Sərnişinin rahatlığı, görünüşün estetikliyi baxımından bu cür test hazırlıq mərhələsi zaman-zaman bütün stansiyalarda həyata keçirilib.
Məsələn, təmir dövründə “Şah İsmayıl Xətai”, “Sahil” metrostansiyalarında da bu cür test xarakterli düzəlişlər olub. Məqsəd yerləşdiriləcək lövhələrdə ölçü və görünüş baxımından texniki məsələləri dəqiqləşdirməkdir. Hazırda getsəniz, stansiyada bu yazını görməyəcəksiniz”. (oxu.az)
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












