Axtarışda olan Hüseyn Həsənova qarşı İDDİA: Milyonlarla təzminat tələb olunur

"İnsayt lyudi" prodüser agentliyi bloqer Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "KP-Peterburq" nəşri məlumat verib.
Nəşr qeyd edir ki, sənəd arbitraj məhkəməsinə hələ 2025-ci il aprel ayının sonunda daxil olub. Məhkəmənin saytında göstərilib ki, bloqer "müəyyən ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri" yerinə yetirməyib. Digər detallar məlum deyil.
İş üzrə məhkəmə iclası iyulun 2-nə təyin olunub.
Nəşrin verdiyi məlumata görə, Həsənov "İnsayt lyudi" firması ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 2022-ci ildə bloqer şirkət tərəfindən Sankt-Peterburq və Moskvada təşkil edilən bir neçə tədbirdə iştirak edib.
Mayın 14-də məlum olub ki, bloqer qiyabi həbs edilib və onu 7 ilə qədər həbs cəzası gözləyir. Hüseyn Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb. Bloqerin özü vergi borcunun olmadığını bildirib.
İstintaqın versiyasına görə, 2019-2021-ci illərdə bloqer ümumilikdə 170 milyon rubldan (3 milyon 600 min manatdan çox) çox məbləğdə vergi ödəməyib. Eyni zamanda o, vəsaitlərin bir hissəsini - 20 milyon rubldan (təxminən 424 min manat) çox pulu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












