AYNA “Bakıkart” tətbiqi barədə suallara aydınlıq gətirdi

Bu günlərdə yenidən istifadəyə verilmiş “Bakıkart” tətbiqinin natamam olması barədə istidadəçilər arasında bəzi suallar yaranır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məsələyə aydınlıq gətirib.
“BakıKart” mobil tətbiqinin yenidən istifadəyə verilməsi vətəndaşlara sərnişindaşıma sahəsində göstərdiyimiz xidmətin bir hissəsidir. Proqram mütəxəssislər tərəfindən hazırlanıb və onu App Store, həm də Google Play-də yükləmək mümkündür. Proqramın bir sıra üstünlükləri var. Bu tətbiq vasitəsilə istifadəçilər ictimai nəqliyyatda birdəfəlik gediş üçün QR bilet əldə edə, “BakıKart” plastik kartlarının balansını artıra bilərlər.
Həmçinin istənilən sayda kartın balansını artırmaq və 10 ədəd kartı yaddaşda saxlamaq mümkündür. Balansartırma əməliyyatı zamanı “BakıKart”ın fiziki olaraq mobil cihazın yanında olması mütləq deyil. Fiziki kart olmadan da QR bileti tətbiqdə əldə edib ictimai nəqliyyatdan istifadə edilə bilər.
Eyni zamanda bildiririk ki, hazırda təqdim olunan tətbiq “BakıKart”ın ilkin və sadələşdirilmiş versiyasıdır", - AYNA-dan qeyd edilib.
"Məqsəd vətəndaşlarımız üçün “Bakıkart”ın ən azı bir-neçə funksiyasını əlçatan etməkdir. Yaxın gələcəkdə tətbiqdə yenilənmələr nəzərdə tutulub və yeni funksiyalar əlavə ediləcək. İstifadəçilərin istəkləri də gələcək təkmilləşdirilmələrdə nəzərə alınacaq.
Hazırda avtobus marşrutları və dayanacaqlar haqqında məlumatların rahat əldə olunması və ictimai nəqliyyatla səfərlərin planlaşdırılması üçün digər genişfunksiyalı tətbiqin yaradılması üzərində iş aparılır", - deyə məlumatda qeyd olunub.(trend)
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












