Azad edilmiş əraziyə keçmək istəyən şəxslər TUTULDULAR

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakinləri - Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar. Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











