AZAL-dan Sərnişinlərini SEVİNDİRƏCƏK XƏBƏR - FOTOLAR

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib.
Avtosfer.az xəbər verir ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir.
Yeni təyyarənin donanmaya əlavə olunması ilə “Azərbaycan Hava Yolları”nın istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.
“Airbus A320neo” təyyarəsinin istismara verilməsi “Azərbaycan Hava Yolları”nın donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır.
Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.
“Airspace” kabini, geniş əl yükü bölmələri, yüksəksürətli “Wi-Fi”, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.
Qeyd edək ki, cari ilin ilk yarısında “Azərbaycan Hava Yolları” donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil “Airbus” təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.
Təyyarənin təqdimat videosunu linkə keçid edərək izləyə bilərsiniz.

Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












