AZAL "Leonardo" ilə radar sistemlərinin alınmasına dair müqavilə imzalayıb - FOTO

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Dubai Airshow 2025" çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından növbəti mərhələyə keçid edib.
Avtosfer.az AZAL-a istinadən xəbər verir ki, AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı "Leonardo" ilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə imzalayıb.
2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernizasiyasına möhkəm baza formalaşdırıb.
Yeni nəsil METEOR 735 C-Band radar sistemi dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir. Sistem 200 km-lik müşahidə diapazonu, maqnetron tipli ötürücü və yüksək rezolyusiyalı "3D/WEB" vizuallaşdırma platforması atmosfer proseslərinin dəqiq təhlilini təmin edir, həmçinin doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativ qərarverməni gücləndirir.
Bu radar sistemləri hava limanlarında enmə və qalxma əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların təhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.
Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Uçuş Təhlükəsizliyi Fondunun (Flight Safety Foundation – FSF) strateji tərəfdaşları sırasına qoşularaq Fondun ən yüksək üzvlük səviyyələrindən biri olan "Benefactor Member" statusunu əldə edib.
FSF-in proqramlarında tamhüquqlu iştirak AZAL üçün:
• Bilik və təcrübə mübadiləsi;
• Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;
• Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;
• Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;
• Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasda səmərəliliyin artırılmasına xidmət edən strateji imkanlar yaradır.
"Benefactor Member" statusu Fondun əsas təşəbbüslərini dəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarının formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur. Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcı aviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasında xüsusi yer tutur.
Bu təşəbbüslər AZAL-ın uçuşların təhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş modernizasiyasını sürətləndirir.
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi











