AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - FOTO - VİDEO

22 iyul 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Fibonacci” intellektual yarışını təşkil edib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, tədbirin məqsədi media nümayəndələri ilə intellektual mühitdə bir araya gəlmək, qarşılıqlı dialoqu daha da möhkəmləndirmək və peşəkar əməkdaşlıq münasibətlərinin inkişafına töhfə vermək olub.
“Fibonacci” yarışı media nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, fikir mübadiləsinin təşviqi və peşəkar dialoqun qeyri-rəsmi mühitdə davam etdirilməsi üçün şərait yaradıb.
Ümumilikdə 100 nəfərdən ibarət on beş komanda arasında keçirilən yarış dostluq və sağlam rəqabət şəraitində baş tutub. İştirakçılar aviasiya, məntiq və aktual mövzuları əhatə edən suallar üzrə bilik və analitik düşünmə bacarıqlarını sınayıblar. Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandalar Azərbaycan Hava Yolları tərəfindən müvafiq olaraq 10 000, 7 000 və 5 000 AZAL milləri ilə mükafatlandırılıblar.
Azərbaycanın milli aviadaşıyıcısı media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Aviaşirkət ictimaiyyətin operativ və düzgün məlumatlandırılmasında media nümayəndələrinin rolunu yüksək qiymətləndirir, peşəkar dialoqun və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edən bu kimi təşəbbüslərin davam etdirilməsinə xüsusi önəm verir.




Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












