AZAL qəzasında həlak olan qazaxıstanlıların yaxınları da sığorta ödənişləri alacaqlar

"2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvləri və qanuni vərəsələri müəyyən edilmiş sığorta təzminatlarını alacaqlar".
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə məbləğin bir qismi artıq təqdim edilib.
"Mən bu məsələni araşdırdım, həlak olan altı (Qazaxıstan vətəndaşı) nəfərdən bəzilərinin vərəsələri və ya birbaşa qohumları - onlar artıq bütün ödənişləri alıblar. Təəssüf ki, bəzi hallarda məsələ məhkəmədədir, çünki kimin ödəniş almalı olduğu barədə öz aralarında mübahisə edirlər. Lakin ödənişi həyata keçirməli olan tərəflər əsasən həm Azərbaycan, həm də Rusiya sığorta şirkətləridir. Və onlar ödəniş etməyə hazırdırlar, belə bir qərar olduqda, düşünürəm ki, yaxın vaxtlarda vətəndaşlığından asılı olmayaraq bütün sərnişinlər kimi onlar da eyni təzminatı alacaqlar", - deyə o, Rusiya və Azərbaycan XİN-lərinin kompensasiya məsələlərinin tənzimlənməsi ilə bağlı birgə bəyanatını şərh edərkən qeyd edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












