AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan “Air Serbia” ilə kod-şerinq sazişi imzalayıb.
Avtosfer.az xəbər verir ki, 2026-cı ilin may ayından etibarən Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar “Air Serbia”nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək. Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın “Air Serbia” tərəfindən icra olunan reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad–Bakı–Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 3 may 2026-cı il tarixinə planlaşdırılıb.
Hər iki milli aviadaşıyıcı arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
“Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaqlar. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir”, — deyə Azərbaycan Hava Yollarının Baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.
“Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk”, — deyə “Air Serbia” şirkətinin Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.
Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












