AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalandı

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahət imkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Sözügedən tərəfdaşlıq həm turizm, həm də işgüzar səfərlər üçün əlavə imkanlar yaradaraq Azərbaycan və Bəhreyn arasında biznes, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.
Saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq, aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldə etmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirmək imkanı təqdim edir.
“Bu saziş AZAL-ın qlobal marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm bir mərhələdir. Yaxın Şərqin aparıcı aviadaşıyıcılarından biri olan “Gulf Air” ilə əməkdaşlığımız sərnişinlərə marşrut seçimlərini genişləndirməyə və səyahət imkanlarını daha rahat planlaşdırmağa, eyni zamanda ölkələrimiz arasında strateji əlaqələri daha da möhkəmləndirməyə imkan verir”, – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.
Uçuşlar haqqında əlavə məlumatı www.azal.az və www.gulfair.com rəsmi saytlarından əldə etmək mümkündür.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












