AZAL yenidən MDB-nin ən yaxşı regional aviaşirkəti elan olundu

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib. Milli aviadaşıyıcı Böyük Britaniyanın nüfuzlu “Skytrax” təşkilatının keçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Mükafatlandırma mərasimi 17 iyun 2025-ci il tarixində Parisdə keçirilən beynəlxalq “Paris Air Show” aviasalonu çərçivəsində baş tutub. Tədbirdə dünyanın aparıcı aviaşirkətlərinin rəhbərləri və aviasiya sənayesinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
“Skytrax” kimi beynəlxalq nüfuza malik təşkilat tərəfindən yenidən təltif olunmaq bizim üçün böyük qürur və məsuliyyətdir. Bu uğur AZAL-ın regionda etibarlı aviaşirkət kimi mövqeyini daha da möhkəmləndirdiyini və beynəlxalq səviyyədə tanındığını bir daha təsdiqləyir. Biz sərnişinlərimizə təhlükəsiz, yüksək keyfiyyətli və innovativ xidmətlər təqdim etmək öhdəliyimizi daim qoruyub saxlayırıq,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.
1999-cu ildə təsis olunan “Skytrax” mükafatı sərnişinlər arasında keçirilən genişmiqyaslı beynəlxalq sorğular əsasında təqdim olunur. Təşkilatın “World Airline and Airport Star Rating” proqramı çərçivəsində aviaşirkətlər və hava limanları xidmət və məhsul keyfiyyətinə görə qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin həm uçuş zamanı, həm də yerüstü xidmətlər üzrə göstərdiyi xidmət keyfiyyətinin müstəqil audit nəticələrinə əsasən formalaşır.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












