AZANS Daşkənddə regional aeronaviqasiya əməkdaşlığını gücləndirib

"Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) sentyabrın 8-10-də Daşkənddə keçirilən yüksəksəviyyəli aviasiya görüşləri çərçivəsində Avropa və Asiya aeronaviqasiya xidməti təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizliyinin Koordinasiyası Platformasının III İllik Ümumi Yığıncağına (SOCEA AGM/3) sədrlik edib.
Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, görüşlər Avropa və Asiyanın müxtəlif ölkələrindən aeronaviqasiya xidməti təminatçılarını, eləcə də "ICAO", "CANSO" və "EUROCONTROL"un yüksək vəzifəli şəxslərini bir araya gətirib.
"SOCEA AGM/3" çərçivəsində iştirakçılar regional hava məkanına təsir edən prosesləri, hava hərəkətinin idarə edilməsini, əməliyyat dayanıqlılığını və aeronaviqasiya xidməti təminatçıları arasında koordinasiyanın daha da gücləndirilməsini müzakirə ediblər. AZANS həmçinin cari fəaliyyət istiqamətləri, əsas nailiyyətləri və gələcək inkişaf prioritetləri barədə məlumat təqdim edib.
"CANSO Euro-Asia ANSPs" CEO Summit 2026" çərçivəsində isə sənaye liderləri aeronaviqasiyanın gələcəyini formalaşdıran əsas məsələləri, o cümlədən hava hərəkəti axınının idarə olunması, rəqəmsal transformasiya, yeni ATM texnologiyaları və dayanıqlı inkişaf mövzularını müzakirə ediblər.
"AZANS-ın "SOCEA AGM/3"ə sədrlik etməsi və "CANSO Sammiti"ndə iştirakı Azərbaycanın regional aeronaviqasiya əməkdaşlığında artan rolunu əks etdirir. Bu, ölkənin hava məkanının Avropa ilə Asiya arasında hava hərəkəti axınlarında getdikcə daha mühüm rol oynadığı bir dövrə təsadüf edir. Belə ki, 2026-cı ilin ilk yarısında Azərbaycanın hava məkanından 143,770 tranzit uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.
AZANS üçün əsas prioritet artan hava hərəkətinin təhlükəsiz, səmərəli və dayanıqlı idarə olunmasını təmin etməklə yanaşı, regional və beynəlxalq tərəfdaşlarla koordinasiyanı daha da gücləndirməkdir", - məlumatda qeyd olunub.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












