Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb edib

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam etdirir.
Qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.
A. Quliyev bildirib ki, sabah Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu ildönümünü qeyd edəcək.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törədib: “Bu dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib.
Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır”.
ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Baş Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.
Yekunda A. Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.
Amerika Birləşmiş Ştatlarının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istiqamətlərinə dair sualına cavab olaraq A. Quliyev bildirib ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir: “Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər”./Apa
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












