Banner

AZCON Holding-in icraçı direktoru “COVEC” nümayəndələri ilə görüşüb - FOTO

Xəbərlər 29 Oktyabr 2026 20:01
AZCON Holding-in icraçı direktoru “COVEC” nümayəndələri ilə görüşüb  - FOTO
WhatsApp kanalımıza abunə olun

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çinin mühəndislik və tikinti sahələri üzrə ixtisaslaşmış "China Overseas Engineering Group Co. Ltd." (COVEC) şirkətinin prezidenti Van Kunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycanın tranzit potensialı, nəqliyyat və logistika infrastrukturunun inkişafı, şəhər mobilliyinin təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Həmçinin Bakı Metropoliteni, Bakı Limanı və dəmir yolu şəbəkəsinin inkişafı, gəmiçilik donanmasının yenilənməsi və rəqəmsal infrastruktur layihələri barədə məlumat verilib.

Görüş zamanı nəqliyyat və logistika sahələri üzrə perspektivlər və Azərbaycanın regional bağlantılarının gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

FOTO QALEREYA
Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh