“AZCON Holding” və IE Universitetinin birgə proqramı uğurla yekunlaşdı - FOTOLAR

“AZCON Holding” və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan “IE Business School”un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş “Global Senior Management” proqramı başa çatıb.
Avtosfer.az xəbər verir ki, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davila çıxışlarında insan kapitalının inkişafının təşkilatların dayanıqlı inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar liderlik bacarıqlarının artırılmasının, müasir idarəetmə yanaşmalarının tətbiqinin və dəyişən biznes mühitində davamlı öyrənmənin mühüm rol oynadığını qeyd ediblər.
Tədbir çərçivəsində “AZCON Holding” əməkdaşlarının bakalavriat və magistratura proqramları üzrə güzəştlərdən yararlanmasını nəzərdə tutan memorandum imzalanıb. Eyni zamanda orta səviyyəli rəhbərlər üçün yeni liderlik proqramına start verilib.
Tədbirin yekununda “Global Senior Management” proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu strateji tərəfdaşlıq “AZCON Holding”in insan kapitalının inkişafı üzrə prioritetlərinin reallaşdırılmasına, beynəlxalq qabaqcıl təcrübənin tətbiqinə və rəhbər heyətin idarəetmə potensialının gücləndirilməsinə töhfə verəcək.





Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO












