"Azərbaycan Dəmir Yolları" 10 min ədəd yararsız şpalı hərraca çıxarır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) martın 9-u saat 11:00-da 10 min ədəd yararsız şpalın satışı ilə bağlı hər biri 2 lotdan ibarət 2 hərrac keçirəcək.
Avtosfer.az quruma istinadən xəbər verir ki, söhbət başlanğıc qiyməti 5 manat olan 5 min ədəd dəmir-beton və başlanğıc qiyməti 3 manat olan 5 min ədəd ağac şpaldan gedir.
İstismara yarasız dəmir yollarının söküntüsündən əldə olunan bu şpallar alıcılara, onların daşıması şərti ilə səhmdar cəmiyyətinin ölkə ərazisindəki müvafiq müəssisələrində (depo və stansiyalarinda) təhvil veriləcək.
Hərracda iştirak etmək üçün hər lot üzrə iştirak haqqı 200 manatdır. Bu məbləğ əlavə dəyər vergisi (ƏDV) ilə birlikdə ADY-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-dəki hesabına köçürüldükdən sonra tələb olunan sənədlər toplusunu martın 4-nə qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təhvil vermək lazımdır. Əlaqələndirici şəxs Yük daşımaları departamentinin vaqon xidmətinin aparıcı mühəndisi Vüsal Abasovdur. Telefon: (012) 499-41-77: E-poçt [email protected]
Hərracda qalib gəlmiş alıcılarla müvafiq müqavilə bağlanılacaq və müqavilə qiymətini 4 bərabər hissəyə bölünməklə malın faktiki ödənilmiş məbləğə mütənasib qismi alıcıya təhvil veriləcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












