Azərbaycan Ermənistana yeni sənəd təqdim edib – Nazirdən AÇIQLAMA - VİDEO

“Azərbaycan sülh müqaviləsi üçün Ermənistana daha genişlənmiş elementləri təqdim edib”.
Avtosfer.az-ın məlumatına əsasən, bunu Bişkekdə azərbaycanlı jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Azərbaycan ilkin olaraq 5 baza prinsipi ilə Ermənistana təkliflər vermişdi. Bu yaxınlarda isə həmin baza əsasında yeni detallar İrəvana təqdim edilib.
Ceyhun Bayramov bildirib ki, Ermənistan təqdim edilmiş detallarla bağlı vaxt istəyib.
“Bizdə dəqiq məlumat yoxdur ki, növbəti görüşlər zamanı Ermənistan bizim təqdim etdiyimiz elementlərə hansı reaksiya verəcək, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq bir neçə istiqamətlər var ki, onların irəli aparılması bizim üçün önəmlidir”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, ikitərəfli əsasda olan sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya məsələləri görüşlər əsasında müzakirə olunur.
“Azərbaycan görüşlərdə öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır. Oktyabrda delimitasiyaya dair komissiyaların iclası Brüsseldə keçiriləcək”.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











