“Azərbaycan İstilik Elektrik Stansiyası” ötən ili zərərlə başa vurub

“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2019-cu ili 196,971 milyon manat xalis zərərlə başa vurub. Halbuki, stansiya 2018-ci ildən 12,08 milyon manat xalis mənfəətlə çıxmışdı.
Avtosfer.az xəbər verir ki, ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 269,029 milyon manat (əvvəlki ilə nisbətən 1,5 % az), yanacaq xərcləri 200,042 milyon manat (8,5 % az), köhnəlmə xərcəri 31,99 milyon manat (10,3 % çox), təmir və texniki xidmət xərcləri 24,712 milyon manat (3,3 dəfə çox), işçi heyətinin saxlanılması xərcləri 7,035 milyon manat (40 % çox), xammal və material xərcləri 6,326 milyon manat (4,3 dəfə çox), digər xərcləri 2,13 milyon manat (8,6 % az), əmlak, tikili və avadanlıqlarının dəyərsizləşməsindən zərəri 199,37 milyon manat (əvvəlki il olmayıb), istismardan çıxarma üçün ehtiyatdakı dəyişiklikdən gəlirləri 12,013 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 2,59 milyon manat (30,45 % az), mənfəət vergisi ödəmələri 1,364 milyon manat (52,8 % az), digər vergi ödəmələri isə 2,454 milyon manat (40,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 553,352 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 8 % artaraq 198,839 milyon manata çatıb, balans kapitalı isə 2,2 % azalaraq 354,513 milyon manata düşüb
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












