Azərbaycan qazı ilə bağlı Ukraynadan təklif

Ukrayna Azərbaycanı təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclasının yekununa dair məlumatında bildirilir.
"Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Xüsusilə Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük anbarı rejimi altında xarici şirkətlərin ixtiyarına verilir",- deyə komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko bildirib.
Qeyd edib ki, nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizinin təkmilləşdirilməsi yolu ilə hər iki ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilib.
"Biz Azərbaycan xalqının Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk. Energetika sektoruna dəstək xüsusilə vacib idi və bu, çətin şəraitdə enerji sistemimizin sabitliyini təmin etməyə kömək etdi", - deyə energetika nazirinin müavini Nikolay Kolesnik qeyd edib. Onun sözlərinə görə, yol xəritəsinin imzalanması ilə yanaşı, tərəflər əməkdaşlığın gələcək addımlarını da müzakirə ediblər. Onların arasında birgə enerji layihələri, bərpa olunan enerjinin inkişafı və Ukrayna şirkətlərinin Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə cəlb edilməsi kimi məsələlər var. "Ukrayna Azərbaycan şirkətləri ilə enerji, infrastruktur və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsində maraqlıdır. Biz yeni investisiyalara və layihələrə açığıq", - nazir müavini əlavə edib.
Mykola Kolesnik, həmçinin Ukraynanın dövlət və özəl şirkətlərinin birgə enerji layihələrinə, xüsusən SOCAR və digər azərbaycanlı tərəfdaşlarla birgə fəaliyyətə qoşulmağa hazır olduğunu qeyd edib.
"Ukrayna və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər ki, bu da əməkdaşlıq üçün yeni perspektivlər açır və dövlətlərin enerji təhlükəsizliyini artırır", - deyə məlumatda vurğulanır.
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO










