"Azərbaycan və Çin ədalətli dünya nizamının tərəfdarıdır" - Deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi məxsusi müsahibə iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın mahiyyətini əhatəli şəkildə ifadə etməklə yanaşı, gələcək əməkdaşlığın əsas inkişaf istiqamətlərini də müəyyənləşdirir".
Bunu Avtosfer.az-a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Parlamentarinin sözlərinə görə, 1992-ci ildə qurulan diplomatik münasibətlərin dinamikası göstərir ki, Azərbaycan və Çin arasında əlaqələr son illər ərzində daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
"Prezident İlham Əliyevin Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə keçirdiyi görüşlər və ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açıb.
İki ölkə arasında münasibətlərin əsas mahiyyəti qarşılıqlı inam və birgə inkişaf məqsədlərindən qaynaqlanır. Bu münasibətlər çoxşaxəli olmaqla iqtisadiyyat, nəqliyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və humanitar sahələri də əhatə edir.
Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyi onun regional və qlobal əhəmiyyətini daha da gücləndirir. Bu dəhlizlər daşımaların sürətlənməsi və təhlükəsizliyinə zəmanət verir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Ələt Azad İqtisadi Zonası bu istiqamətdə Azərbaycanın mövqeyini daha da gücləndirir. Çin üçün bu layihələr “Kəmər və yol” təşəbbüsünün Qafqaz və Avropa istiqamətində uğurlu icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində ortaq və prinsipial mövqelərə malikdir. Hər iki ölkə ədalətli dünya nizamının tərəfdarıdır, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi dəstəkləyir. Suverenliyə hörmət, daxili işlərə qarışmama və bərabərlik prinsipləri bu əməkdaşlığın təməlini təşkil edir. Bu dost dövlətlər Qlobal Cənubun bir hissəsi kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda birlikdə müdafiə edir, ədalətli və çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verir. Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə genişlənir. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur.
Bu əlaqələr Azərbaycan-Çin münasibətlərində yeni dinamizm yaradır və tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-Çin münasibətləri sadəcə iki ölkənin maraqlarını deyil, daha geniş coğrafi məkanın təhlükəsizlik və inkişaf arxitekturasını əhatə edir. Qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq modeli gələcəkdə daha da möhkəmlənərək beynəlxalq münasibətlərdə mütərəqqi əməkdaşlıq nümunəsi olaraq qalacaqdır".
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










