Azərbaycan və Rusiya baş nazirləri telefonla danışıb

Dekabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Avtosfer.az-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib. İqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində aparılan işlərin intensivləşməsinin əhəmiyyəti vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri yüksək qiymətləndirilib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn məsələlər müzakirə edilib.
Eyni zamanda hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












